...

"Qarabağ" Çempionlar Liqasında ilk ev oyununu keçirib (VİDEO) (YENİLƏNİB)

İdman Materials 27 Sentyabr 2017 21:46 (UTC +04:00)

İlk xəbər 27 sentyabr saat 20:00-də yayılıb

Bakı. Trend:

Bu gün Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında 2-ci oyununu keçirib.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində Bakıda Olimpiya stadionunda İtaliyanın "Roma" komandasını qəbul edib.

Oyun 1:2 hesabı ilə qonaqların xeyrinə bitib.

Hesabı oyunun 7-ci dəqiqəsində Konstantinos Manolas açıb. Oyunun 15-ci dəqiqsində qonaqlar ikinci qolu vurublar. Edin Dzeko fəqlənib - 0:2.

Oyunun 28-cı dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike hesab arasındakı fərqi azaldıb - 1:2. Qeyd edək ki, bu qol Azərbaycan klubları üçün Çempionlar Liqası qrup mərhələsi çərçivəsində vurulan ilk qol olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti