...

Azərbaycanın idman gimnastları Kanadada Dünya çempionatında

İdman Materials 29 Sentyabr 2017 13:23 (UTC +04:00)
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandası oktyabrın 2-8-i Monrealda keçiriləcək idman gimnastikası üzrə Dünya çempionatında iştirak edəcək.
Azərbaycanın idman gimnastları Kanadada Dünya çempionatında

Bakı. Şahin Kazımzadə - Trend:

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandası oktyabrın 2-8-i Monrealda keçiriləcək idman gimnastikası üzrə Dünya çempionatında iştirak edəcək.

Trend-in məlumatına görə, komandanın tərkibinə 5 idmançı daxil olub: Murad Ağarzayev, Bence Talas, eləcə də Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkova.

Bu gündən Dünya çempionatının iştirakçıları podium məşqlərinə başlayır. 3-cü yarımqrupa daxil edilmiş Azərbaycan gimnastları Kanadadakı çıxışlarını dayaqla tullanma növündə başlayacaq. Yarışlarda 12 dəst medal uğrunda mübarizə aparılacaq.

Rusiyanın Novosibirsk şəhərində isə Olimpiya çempionu Yevgeni Podqornının mükafatları uğrunda idman gimnastikası üzrə turnir başa çatıb. Əli və Hüseyn Xəlilov qardaşları müvafiq olaraq 1-ci və 3-cü gənclər dərəcəsində yarışların qalibi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti