Bakı. Trend:
Futbol üzrə Argentina yığması Ekvador üzərində 3:1 hesablı qələbə qazanaraq 2018-ci ildə Rusiyada keçiriəcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Trend-in məlumatına görə, oyun Ekvadorda keçirilib. Argentinalıların hücumçusu Lionel Messi het-trikə imza atıb (12, 20, 62-ci dəqiqələr). Meydan sahiblərindən isə Romario İbarra fərqlənib.