...

Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq

İdman Materials 17 Oktyabr 2017 14:17 (UTC +04:00)
Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.
Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq

Bakı. Trend:

"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq".

Trend-in məlumatına görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: "Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.

Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti