Bakı. Trend:
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın "Atletiko" ilə səfər matçının biletləri satışa çıxarılıb.
Trend-in məlumatına görə, oyunu Madriddə stadiondan izləmək istəyən azarkeşlər biletləri "Qarabağ" klubunun bazasından ala bilərlər (saat 10:00-dan 18:00-a qədər).
Yalnız bilet satışı ilə bağlı əlavə məlumat üçün: (055) 400-49-18
Qeyd edək ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 30 avrodur.