...

Braziliyalı yarımmüdafiəçi Koutinyo "Barselona"da

İdman Materials 6 Yanvar 2018 23:40 (UTC +04:00)
"Liverpul"un braziliyalı yarımmüdafiəçisi Koutinyo "Barselona"ya transfer olunub.
Braziliyalı yarımmüdafiəçi Koutinyo "Barselona"da

Bakı. Trend:

"Liverpul"un braziliyalı yarımmüdafiəçisi Koutinyo "Barselona"ya transfer olunub.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, 25 yaşlı futbolçu Kataloniya klubu ilə dəbbə pulu 400 milyon avro təşkil edəcək 5 il yarım müddətinə müqavilə imzalayacaq.

"Liverpul" braziliyalının transferindən təqribən 160 milyon avro əldə edəcək. Bu, dünyada ikinci bahalı transferdir.

Koutinyo "Liverpul"da 2013-cü ildən çıxış edir. Cari mövsümdə komandanın tərkibində 20 oyun keçirib,12 dəfə fərqlənib və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti