...

AZFAR futbol məktəbindən yenilik

İdman Materials 15 Fevral 2018 12:13 (UTC +04:00)
AZFAR futbol məktəbindən yenilik
AZFAR futbol məktəbindən yenilik

Bakı. Trend:

Artıq həftəsonları da övladlarınız AZFAR futbol məktəblərində məşqlərə qatıla bilərlər.

Belə ki, valideynlərin çoxsaylı istəyi ilə həftənin şənbə və bazar günləri də, əlavə olaraq məşqlər keçiriləcək. Saat 11:00-da düzənlənən məşqlər məktəbimizin peşəkar UEFA A kateqoriyalı məşqçisi Vladislav Qədirov və onun komandası tərəfindən keçiriləcək.

Övladlarınızın futbol gələcəyini əminliklə bizə havalə edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, AZFAR futbol məktəblərində yalnız oğlanlar üçün deyil, qızlar üçün də seksiyalar nəzərdə tutulmuşdur. Məşqlər 4-15 yaş arası uşaqlar üçün 6 yaş kateqoriyası üzrə keçirilir.

Münasib qiymət, tək abunəliyin tətbiqi, rahat ödəniş üsulları da AZFAR məktəblər şəbəkəsinin əhəmiyyətli üstünlüklərindəndir.

Əlavə məlumat üçün: +99450 295 21 29, +99412 404 73 39
https://www.facebook.com/azfarfootballschool/
http://www.asep.az/az/azfarfootballschool

Məqalədə:
Xəbər lenti

Xəbər lenti