...

"Beşiktaş" "Fənərbağça"ya qalib gələrək 3-cü pilləyə yüksəlib

İdman Materials 25 Fevral 2018 22:45 (UTC +04:00)
Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində “Beşiktaş” və “Fənərbağça” qarşılaşıblar.
"Beşiktaş" "Fənərbağça"ya qalib gələrək 3-cü pilləyə yüksəlib

Bakı. Trend:

Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində “Beşiktaş” və “Fənərbağça” qarşılaşıblar.

Trend-in məlumatına görə, turun mərkəzi qarşılaşmasında 4 qol vurulub, oyun 3:1 hesabı ilə "Beşiktaş"ın xeyrinə yekunlaşıb.

Matçda hesabı “Fənərbağça” açsa da, “Beşiktaş” ikinci hissədə 3 qol vurub və qələbə qazanıb.

Bu qələbə sayəsində "Beşiktaş" "Fənərbağça" ilə xalını bərabərləşdirib və top fərqinə görə 3-cü pilləyə yüksəlib. Hazırda hər iki klub lider “Qalatasaray”dan 3 xal geri qalır.

Qollar: Fernandao, 8; Vida, 49; Quarejma, 77, 90+4

Xəbər lenti

Xəbər lenti