...

Tamaşaçı: Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün bütün şərait yaradılıb

İdman Materials 27 Aprel 2018 19:41 (UTC +04:00)
Azərbaycanda idmana böyük diqqət ayrılır.
Tamaşaçı: Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün bütün şərait yaradılıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda idmana böyük diqqət ayrılır.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını izləyən tamaşaçı Rəna Cabbarova deyib.

Tamaşaçı deyib: "Bir baxın, Milli Gimnastika Arenası necə gözəldir! Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsi, eləcə də yaxşı idmançılar yetişdirilmsəi üçün gözəl şərait var".

Daha sonra xanım tamaşaçı əlavə edib ki, onun qızı da gimnastika ilə məşğul olur: "Qızım da gimnastika ilə məşğul olur, ona görə çalışırıq ki, idman tədbirlərini buraxmayaq. Bu yarışın təşkili isə çox yüksəkdir, qonaqları çox hərarətlə qarşılayırlar".

R.Cabbarovanın sözlərinə görə, Azərbaycan yığmasına azarkeşlik edir və onlara bu Dünya Kuboku yarışlarında uğur arzu edir: "Qızım məşhur gimnastların çıxışlarına baxır, onlara bənzəmək, uğurlar qazanmaq istəyir".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti