...

Tamaşaçı: Bakıda Dünya Kuboku yarışlarının təşkili çox gözəldir, zal əladır

İdman Materials 28 Aprel 2018 20:57 (UTC +04:00)
Bakıda Dünya Kuboku yarışlarının təşkili çox gözəldir, zal əladır, yaxşı şərait və musiqi müşayiəti var.
Tamaşaçı: Bakıda Dünya Kuboku yarışlarının təşkili çox gözəldir, zal əladır

Bakı. Cani Babayeva - Trend:

Bakıda Dünya Kuboku yarışlarının təşkili çox gözəldir, zal əladır, yaxşı şərait və musiqi müşayiəti var.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Svetlana Əliyeva deyib.

Tamaşaçı bildirib: "Mənim qızım gimnastika ilə məşğul olamğı arzu edir, ona görə bu gün gəlmişik yarışları izləyək. Etiraf edim ki, hər şey çox xoşumuza gəlir, heyran qalmışıq. Sözsüz ki, belə yarışlarda olmaq uşaqları ilhamlandırır. Uşaqlar görür ki, hər şey nə qədər gözəldir və onlar da gimnastika ilə məşğul olmağa həvəslənirlər".

S.Əliyeva hamının əhval-ruhiyyəsini daha da yüksəldən Qur-Quru uşaqların çox bəyəndiyini də qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Xəbər lenti

Xəbər lenti