...

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTO)

İdman Materials 30 Aprel 2018 16:27 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.
Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların baş tutduğu Bakı trekində, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə verilən məlumata görə, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti