Bakı. Trend:
UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində ilk cavab oyunu keçirilib.
Trend-in məlumatına görə, İspaniyanın "Atletiko Madrid" klubu İngiltərənin "Arsenal" klubunu qəbul edib. Oyun ev sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunun yeganə qolunu Dieqo Kosta vurub.
Beləliklə, iki oyunun nəticəsinə əsasən İspaniya təmsilçisi UEFA Avropa Liqasının finalına yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 16-sı Lion şəhərində keçiriləcək.