...

Millimiz bu gün Latviya ilə qarşılaşacaq

İdman Materials 9 İyun 2018 13:22 (UTC +04:00)
Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Millimiz bu gün Latviya ilə qarşılaşacaq

Bakı. Trend:

Bu gün Riqa şəhərindəki “Dauqava” stadionunda Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Trend-in məlumatına görə, qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək:

Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Yuri Xomçanka, Andrey Xetsikov
Dördüncü hakim: Aleksandr Anufriyev

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti