...

Dünyanın ən varlı idman klubunun adı açıqlandı

İdman Materials 19 İyul 2018 12:21 (UTC +04:00)
Dünyanın ən varlı idman klubunun adı açıqlanıb.
Dünyanın ən varlı idman klubunun adı açıqlandı

Bakı. Trend:

Dünyanın ən varlı idman klubunun adı açıqlanıb. Trend-in məlumatına görə, bu ada "Dallas Kovboys" layiq görülüb.

Qeyd edək ki, bu idman klubu artıq ardıcıl olaraq 3-cü dəfədir ki, ən varlı idman klubu adını qazanır. Klubun dəyəri 4,8 milyard dollar təşkil edir.

"Forbes" jurnalının hazırladığı ən varlı idman klublarının reytinqində növbəti yerləri müvafiq olaraq "Mançester Yunayted" (dəyəri 4,1 milyard dollar) və "Real" (dəyəri 4,09 milyard dollar) tutub.

Dördüncü yerdə isə dəyəri 4,06 milyard dollar təşkil edən "Barselona" klubu qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti