...

Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası baş tutub

İdman Materials 6 Avqust 2018 12:33 (UTC +04:00)
İtaliyanın paytaxtı Romada gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilib.
Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası baş tutub

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın sonuncu günündə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

İclasda Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib.

Toplantıda Dünya Güləş Birliyinin ötən dövrdəki fəaliyyəti, qarşıdakı hədəflər, dünyada güləş idmanının daha da inkişafı və populyarlığının artırılması üçün görüləcək işlər müzakirə edilib, İcraiyyə Komitəsi üzvlərinin təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyinin 2016-cı ilin sentyabrında Fransanın Makon şəhərində keçirilən illik konqresində ikinci dəfə altı illik müddətə İcraiyyə Komitəsinə üzv seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti