...

"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi məlum oldu

İdman Materials 6 Avqust 2018 14:18 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb
"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi məlum oldu

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, bu mərhələdə "Qarabağ"ın potensial rəqibi məlum olub.

Belə ki, "Qarabağ" üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Niderlandın "PSV Eyndhoven" klubu ilə qarşılaşacaq.

"Qarabağ" BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə edəcək.

UEFA Avropa Liqasının pley-off mərhələsinə keçəcəyi təqdirdə "Qarabağ" "Şeriff" (Moldova) - "Valur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. BATE ilə oyun avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və İsveçdən olan hakimlər idarə edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 21-22 və 28-29 avqust tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti