...

“Liverpul”a lazım olmayan qapıçı “Beşiktaş”a keçib

İdman Materials 20 Avqust 2018 23:02 (UTC +04:00)
“Liverpul”un qapıçısı Loris Karius karyerası Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək
“Liverpul”a lazım olmayan qapıçı “Beşiktaş”a keçib

Bakı. Tural Turan - Trend:

“Liverpul”un qapıçısı 25 yaşlı Loris Karius karyerası Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək. Trend-in məlumatına görə, “Beşiktaş” qapıçını 2.5 milyon avro məbləğində 2 illik icarəyə götürüb.

Müqavilədə Kariusun 8 milyon avro məbləğində satın alınması seçimi də var. Bu seçim “Beşiktaş”ın gələn mövsümdə avrokuboklara çıxdığı təqdirdə avtomatik olaraq aktivləşəcək.

Sövdələşmənin bu gün keçirilən “Kristal Pelas” – “Liverpul” matçından sonra rəsmiləşməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti