...

UEFA klublar üçün yeni turnir yaradır

İdman Materials 11 Sentyabr 2018 15:38 (UTC +04:00)
UEFA 2021-ci ildən etibarən üçüncü Avropa klub turnirinin keçirilməsini təklif edib.
UEFA klublar üçün yeni turnir yaradır

Bakı. Orxan Nəbiyev - Trend:

UEFA 2021-ci ildən etibarən üçüncü Avropa klub turnirinin keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, bunu Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli bildirib.

O bildirib ki, ECA yaxın zamanlarda bu təklifi UEFA ilə müzakirə edəcək.

Hələlik yeni turnirin formatı barədə məlumat verilməsə də, yarışda 32 komandanın iştirak edəcəyi nəzərdə tutulur.

Həmçinin hazırda 48 komandanın iştirak etdiyi Avropa Liqasında iştirakçıların sayının 32-yə endiriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti