...

Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazanıb

İdman Materials 24 Oktyabr 2018 04:33 (UTC +04:00)
Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazanıb

Bakı. Trend:

Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Trend-in məlumatına görə, onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.

O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub.

Atletimiz təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

Toplam 301 kq (136+165) nəticə ilə Paşa İbrahimli yekun sıralamada 4-cü yeri tutub.

Atletimizi təkanla qaldırma hərəkətində qazandığı medala görə təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmasını arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti