...

Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

İdman Materials 16 Mart 2019 13:48 (UTC +04:00)
Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı.
Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarla hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Azərbaycan idmançısı Nikita Simonov uğurla çıxış edərək 14.800 bal toplayıb. Bu nəticə ilə təmsilçimiz gümüş medal qazanıb.

Böyük Britaniya gimnastı Kortni Tallok 14.933 balla birinci olub. Bürünc medala isə Ukrayna təmsilçisi İqor Radivilov (14.666) yiyələnib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti