...

Atletimiz Gürcüstanda 3-cü yeri tutub

İdman Materials 10 Aprel 2019 15:55 (UTC +04:00)
6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Atletimiz Gürcüstanda 3-cü yeri tutub

Bakı. Trend:

6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq.

Bu gün körpücük üzərinə Kənan Əliquliyev çıxıb. O, 81 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 306 kq nəticə ilə (135+171) öz qrupunda 3-cü yeri tutub. Onun yekun sıralamada tutduğu yer B və A qruplarında mübarizə bitəndən sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti