...

"Arsenal" Avropa Liqasının 1/4 finalının ilk oyununda qalib gəlib

İdman Materials 12 Aprel 2019 01:23 (UTC +04:00)
"Arsenal" futbol klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində 2:0 hesabı ilə İtaliyanın "Napoli" komandasına qalib gəlib.
"Arsenal" Avropa Liqasının 1/4 finalının ilk oyununda qalib gəlib

Bakı. Trend:

"Arsenal" futbol klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində 2:0 hesabı ilə İtaliyanın "Napoli" komandasına qalib gəlib.

Trend-in məlumatına görə, oyun "Emireyts" stadionunda baş tutub.

Matçda ilk qolu 15-ci dəqiqədə Aaron Remzi vurub. İkinci qolu isə 25-ci dəqiqədə öz qapısına Napolinin müdafiəçisi Kalidu Kulibali vurub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti