...

İtaliyalı Sofiya Raffaelli bədii gimanstika üzrə AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə birinci yeri tutub

İdman Materials 21 Aprel 2019 13:52 (UTC +04:00)
İtaliyalı gimnast Sofiya Raffaelli bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə 19.200 bal toplayaraq birinci yeri tutub
İtaliyalı Sofiya Raffaelli bədii gimanstika üzrə AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə birinci yeri tutub

Bakı. Cani Babayeva - Trend:

İtaliyalı gimnast Sofiya Raffaelli bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə 19.200 bal toplayaraq birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci yerdə Rusiya təmsilçisi Sofya Aqafonova (18.600 bal), üçüncü yerdə isə İsrail təmsilçisi Asya Adi Kats (18.500 bal) qərarlaşıblar.

Azərbaycanlı gimnast Nərminə Səmədova 17.400 bal toplayıb və beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Xəbər lenti

Xəbər lenti