...

Formula 1-də eyni yerdə növbəti ağır qəza (FOTO)

İdman Materials 27 Aprel 2019 18:14 (UTC +04:00)
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda növbəti qəza baş verib.
Formula 1-də eyni yerdə növbəti ağır qəza (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda növbəti qəza baş verib.

Trend-in məlumatına görə, “Ferrari” komandasının pilotu Şarl Lekler idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.

Bolid dərhal trekdən evakuasiya edilib.

Bir qədər əvvəl məhz bu yerdə - Qaşa Qala qapılarına çatmamış “Williams” komandasının pilotu Robert Kubitsa da idarəetməni itirərək səkiyə çırpılmışdı.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti