...

İsrail səfirliyinin nümayəndələri Bakıda Dünya Kuboku çərçivəsində idmançılarla görüşüblər

İdman Materials 28 Aprel 2019 16:26 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində israilli idmançılarla görüşüblər.
İsrail səfirliyinin nümayəndələri Bakıda Dünya Kuboku çərçivəsində idmançılarla görüşüblər

Bakı. Cani Babayeva - Trend:

İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində israilli idmançılarla görüşüblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

FOTO: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti