...

Bakıda Avropa çempionatının 3-cü günündə 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq (FOTO)

İdman Materials 18 May 2019 17:34 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq.
Bakıda Avropa çempionatının 3-cü günündə 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq.

Trend-in məlumatına görə, bu gün artıq gürz və lentlərlə hərəkətlərdə fərdi proqramda finalçılar müəyyənləşib.

Eləcə də komanda hesabı (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti