...

İtaliyalı gimnast: Azərbaycan komandasının çıxışı xoşuma gəldi

İdman Materials 19 May 2019 00:46 (UTC +04:00)
Azərbaycan komandasının çıxışı xoşuma gəldi
İtaliyalı gimnast: Azərbaycan komandasının çıxışı xoşuma gəldi

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan komandasının çıxışı xoşuma gəldi.

Bunu Trend-ə qrup hərəkətləri üzrə İtaliyanın gənclər komandasında çıxış edən Aleksandra Naklerio deyib.

A.Naklerio bildirib: "Bakıda Milli Gimnastika Arenasında biz güclü emosiyaları alırıq. Yarış zalı inanılmaz dərəcədə gözəldir, mən heç vaxt belə böyük arena görməmişəm. Tamaşaçıların dəstəyi çox hiss olunur".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti