...

Arina Averina növbəti qızıl medalı qazanıb

İdman Materials 19 May 2019 16:57 (UTC +04:00)
Rusiyalı gimnast Arina Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının gürzlər ilə hərəkətlərdə ikinci qızıl medalını qazanıb
Arina Averina növbəti qızıl medalı qazanıb

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı gimnast Arina Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının gürzlər ilə hərəkətlərdə ikinci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, A.Averina bu dəfə 23.200 bal toplayıb.

Gümüş medalı rusiyalı Dina Averina (22.950 bal), bürünc medalı isə Ukraynadan olan gimnast Vlada Nikolçenko (22.475 bal) qazanıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova (18.950 bal) səkkizinci yeri tutub.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti