...

Azərbaycan cüdoçuları II Avropa Oyunlarının gümüş və bürünc medallarını qazanıblar

İdman Materials 23 İyun 2019 18:55 (UTC +04:00)
Azərbaycan cüdoçusu Rüstəm Orucov ikinci Avropa Oyunlarının gümüş medalını qazanıb.
Azərbaycan cüdoçuları II Avropa Oyunlarının gümüş və bürünc medallarını qazanıblar

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rüstəm Orucov ikinci Avropa Oyunlarının gümüş medalını qazanıb.

Trend-in məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə İsveç təmsilçisi Tommi Masiasa məğlub olub.

Bundan əlavə, digər təmsilçimiz Hidayət Heydərov bürünc medal qazanıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvilini məğlub edib.

Xəbər lenti

Xəbər lenti