...

FİDE Prezident Şurası iclasının yekun qərarları bu gün açıqlanacaq (FOTO)

İdman Materials 29 İyun 2019 13:39 (UTC +04:00)

Bakıda təşkil edilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası davam edir.

Trend-in məlumatına görə, bu gün FİDE prezidenti Arkadiy Dvorkoviçin rəhbərliyi altında Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulub. İclasda FİDE-nin və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, ali şahmat təşkilatının qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edir.

40-a yaxın məsələnin müzakirə olunduğu iclas axşam saatlarında yekunlaşacaq və mətbuata yekun qərarlar barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gün FİDE Prezident Şurasının iclasına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da qonaq qismində qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti