...

Argentina Çiliyə qalib, Messi oyundan qovulub

İdman Materials 7 İyul 2019 01:51 (UTC +04:00)
Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib
Argentina Çiliyə qalib, Messi oyundan qovulub

Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.

Trend-in məlumatına görə, San-Paulonun "Korintians" stadionunda baş tutan matçda Argentina yığması rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.

Oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel meydandan qovulub. Buna səbəb onların arasında baş verən dava olub.

Xatırladaq ki, Amerika kubokunun bu gün keçiriləcək finalında Braziliya və Peru komandaları qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti