...

Rəhim Həsənov UEFA Avropa Liqasının oyununa təyinat alıb

İdman Materials 10 İyul 2019 08:18 (UTC +04:00)

FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.

AFFA-dan Trend-ə bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

R.Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.

Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti