...

Kristin Laqard vəzifəsindən gedir

İdman Materials 17 İyul 2019 01:05 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard elan edib ki, vəzifəsindən gedir
Kristin Laqard vəzifəsindən gedir

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard elan edib ki, vəzifəsindən gedir.

Trend-in məlumatına görə, o öz qərarını Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təsdiqlənməsinə dair səsverməyə cəmi bir neçə saat qalmış səsləndirib. K. Laqard, AMB-nin rəhbəri təyin edilərsə, o, Avropa Mərkəzi Bankının tarixində bu vəzifədə ilk qadın olacaq.

K.Laqard bildirib ki, vəzifəsindən sentyabrın 12-i gedəcək.

Xatırladaq ki, 63 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti