...

Eşli Yanq "Mançester Yunayted"in kapitanı təyin edilib

İdman Materials 4 Avqust 2019 13:05 (UTC +04:00)
Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib
Eşli Yanq "Mançester Yunayted"in kapitanı təyin edilib

Bakı. Trend:

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı təyin edilib.

Trend-in məlumatına görə, bunu "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer deyib.

Klubun baş məşqçisi bildirib: "Yanq yeni kapitandır. O, əsas heyətdə meydana çıxdığı zaman kapitan sarğısı onda olacaq. Klubun vitse-kapitanı 28-yaşlı ispaniyalı qapıçı David De Xea olacaq".

Qeyd edək ki, ötən mövsüm kapitan sarğısı ekvadorlu müdafiəçi Antoniu Valensiyada olub, lakin mövsümün sonunda müdafiəçinin klubla razılaşmasının müddəti bitib və o komandanı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti