...

Velosipedçilərimiz Tokioya qədər bu mərhələləri keçməlidir

İdman Materials 8 Avqust 2019 18:25 (UTC +04:00)
Şose velosipedi üzrə Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün avqust, sentyabr və oktyabr aylarında bu yarışlarda iştirakı planlaşdırılır
Velosipedçilərimiz Tokioya qədər bu mərhələləri keçməlidir

Bakı. Trend:

Şose velosipedi üzrə Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün avqust, sentyabr və oktyabr aylarında bu yarışlarda iştirakı planlaşdırılır:

30-31 avqust / Tour of Almaty (Qazaxıstan)

06 sentyabr / Grand Prix Velo Erciyes (Türkiyə)

07-08 sentyabr / Tour of Central Anatolia (Türkiyə)

20 sentyabr / Grand Prix Erciyes (Türkiyə)

21-22 sentyabr / Tour of Kayseri (Türkiyə)

27-29 sentyabr / Konya Tour of Mevlana (Türkiyə)

02-06 oktyabr / Tour of İran (İran)

12 oktyabr / Fatih Sultan Mehmet Edirne Race (Türkiyə)

13 oktyabr / Fatih Sultan Mehmet Kirklareli Race (Türkiyə)

Trend-in məlumatına görə, bunadək yığma üzvlərimiz müxtəlif yarışlarda 651 lisenziya xalı toplayıblar ki, bu da ölkəmizin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Olimpiya reytinqində 109 ölkə arasında (UCI-ya 196 milli federasiya daxildir) 47-ci yerdə qərarlaşmasına şərait yaradır. Tokio-2020-də isə reytinqin ilk 50 pilləsində yer alan ölkələrin təmsilçiləri iştirak edəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti