...

Ronaldodan təvazökar addım

İdman Materials 2 Sentyabr 2019 20:50 (UTC +04:00)
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib.
Ronaldodan təvazökar addım

Bakı. Trend:

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib.

Trend-in məlumatına görə, ötən mövsümün yekunlarına əsasən, A seriyasında fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə xüsusi döş nişanları təqdim olunub.

Fərqlənən futbolçular Samir Handanoviç (ən yaxşı qapıçı), Nikolo Zanilo (ən yaxşı gənc oyunçu), Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı oyunçu) olub.

Ancaq portuqaliyalı futbolçu özünü "Yuventus"dakı komanda yoldaşlarından fərqləndirməmək üçün döş nişanını taxmaqdan imtina edib. Digər fərqlənən futbolçular isə meydana döş nişanı ilə çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti