...

Bakıda bədii gimnastika üzrə dünya çempionatının fərdi finallarının qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 18 Sentyabr 2019 09:01 (UTC +04:00)
Milli Gimnastika Arenasında, Bakıda keçirilən 37-ci Bədii Gimnastika Dünya Çempionatının fərdi məşqlərində finala vəsiqə qazanan və gimnastlara mükafatlandırma mərasimi keçirilib
Bakıda bədii gimnastika üzrə dünya çempionatının fərdi finallarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında, Bakıda keçirilən 37-ci Bədii Gimnastika Dünya Çempionatının fərdi məşqlərində finala vəsiqə qazanan gimnastların mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, halqa ilə məşqlərdə rus gimnastı Yekaterina Selezneva kürsünün birinci pilləsinə qalxıb, ikinci yeri İsrail idmançısı Lina Aşram tutub, üçüncü yerə isə rusiyalı gimnast Dina Averina layiq görülüb.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, FIG İcraiyyə Komitəsinin üzvü Yousef Əl-Tabbaa və FIG Texniki Komitəsinin üzvü İsabella Savada təqdim ediblər. Topla hərəkətlərdə rus gimnastları Dina Averina (Rusiya) qızıl, Arina Averina (Rusiya) gümüş, Lina Ashram (İsrail) isə bürünc medal qazanıblar. Mükafatları FIG vitse-prezidenti Nelli Kim, FIG Atletlər Komissiyasının sədri Lyubov Cherkashina, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva təqdim ediblər.

Azərbaycanın paytaxtında bədii gimnastika üzrə 37-ci dünya çempionatı sentyabr ayının 16-dan ayın 22-mi keçirilir. Bakı yenidən 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edir. Gimnastlar həm fərdi proqramda, həm də qrup hərəkətlərində komandaların bir hissəsi kimi çıxış edirlər. Onlar fərdi fənlər və çoxnövçülük üzrə yarışlarda mübarizə aparacaqlar. Ən yaxşı idmançılarının adları komanda hesabında da elan olunacaq.

Qeyd edək ki, dünya çempionatı 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün təsnifat yarışı rolunu oynayır. Bu çempionat təkcə medal qazananları deyil, həm də Olimpiadaya yeni namizədlərin adlarını da müəyyənləşdirəcək. Fərdi çoxnövçülükdə çıxış edən ən seçilmiş 16 gimnasta lisenziya veriləcək (Hər ölkədən ən çox iki gimnast). Qrup hərəkətlərindəki komandalara gəlincə, keçən il Dünya Kubokunun nəticələrinə görə, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyaya sahibdirlər. Bakıda keçən çempionatda lisenziya qazanacaq daha 5 komanda olacaq.

Bakıda keçirilən dünya çempionatında dünyanın 61 ölkəsindən 300-dən çox gimnast iştirak edir. Çempionatın şüarı - "Nağıllar həyatda gerçəkləşəcək"("Fairy Tales will come to life").

Azərbaycanı 9 idmançı təmsil edir. Fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Elizabet Luzan və Məryəm Səfərovadır. Qrup məşqlərində komandanın tərkibinə Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Gümmətova və Darya Sorokina daxil edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti