...

İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər (FOTO)

İdman Materials 16 Oktyabr 2019 15:15 (UTC +04:00)
Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və referee kursunda Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər.
İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər (FOTO)

Bakı. Trend:

Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və referee kursunda Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər.

Trend-in məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Kapoeyra Federasiyasının vitse prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi ilə komandamız 3 qızıl (Nahid Ağazadə, Xuraman Ramazanova, Fəxri Məhəmmədlizadə), 1 gümüş ( Fərid Allahverdiyev) və 1 bürünc (Vüsal Babayev) medal qazanıb.

Kiçik yaş qrupunda idmançımız Fəxri Məhəmmədəlizadə finala gedən yolda erməni əsilli rus idmançısını məğlub edib. Bundan əlavə, 4 məşqçimiz (Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov, Zahid Rüstemov) beynəlxalq dərəcəli hakim adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti