...

Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatları keçirilir

İdman Materials 16 Noyabr 2019 13:45 (UTC +04:00)
Noyabrın 16-da akrobatika gimnastikası və aerobika gimnastikası üzrə yarışlar keçirilir
Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatları keçirilir

Bakı. Cani Babayeva - Trend:

15-16 noyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində dörd gimnastika növü – kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi keçirilir.

Trend-in məlumatına görə, noyabrın 16-da akrobatika gimnastikası və aerobika gimnastikası üzrə yarışlar keçirilir.

Akrobatika gimnastikası üzrə yarışlarda gimnastlar “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və böyüklər yaş qruplarında iştirak edir.

Aerobika gimnastikası üzrə "balacalar", "uşaqlar", yeniyetmələr yaş qruplarında yarışlark keçiriləcəl

Yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti