...

"Votford"a yeni baş məşqçi təyin edilib

İdman Materials 7 Dekabr 2019 17:41 (UTC +04:00)
İngiltərə premyer liqasında mübarizə aparan "Votford"a yeni baş məşqçi təyin olunub.
"Votford"a yeni baş məşqçi təyin edilib

Bakı. Trend:

İngiltərə premyer liqasında mübarizə aparan "Votford"a yeni baş məşqçi təyin olunub. Trend-in məlumatına görə, bir neçə gün öncə Kike Sançes Floresi istefaya göndərən klub rəhbərliyi bu posta Naycel Pirsonu dəvət edib. 56 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Pirson buna qədər "Sauthempton", "Lester", "Hall Siti", "Derbi Kaunti" və Belçikanın "Leuven" klublarını çalışdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti