...

AFFA-da vacib yeni vəzifə təsis edildi

İdman Materials 8 Yanvar 2020 11:49 (UTC +04:00)

Bakı. Trend:

Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

Yeni Nizamnamənin FIFA və UEFA-nın tələblərinə uyğunlaşdırıldığı bildirilib.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

AFFA-nın növbədənkənar iclasından sonra baş katib Elxan Məmmədov jurnalistlər üçün brifinq təşkil edib.

Federasiya rəsmisi AFFA-da olan struktur dəyişikliyindən danışıb. Bildirib ki, bir neçə komitə ləğv edilib: "Əvvəlki nizamnamədə çox sayda komitələr vardı. Onların fəaliyyəti görünmürdü. İcraiyyə Komitəsində üzv sayı 11-dən 13-ə qalxdı. Bu, bütün dünyada olan tendensiyadır. Vitse-prezidentlərin də sayı artdı. Artıq 4 vitse-prezident olacaq. İcraçı vitse-prezident də olacaq. Baş katib isə yerində qalacaq. İcraiyyə Komitəsinə namizədlər veriləcək. Daha sonra AFFA prezidenti vitse-prezidentləri təyin edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti