...

Bakıda sinxron cütlər arasında batut gimnastikası üzrə yarışlarda finalçılar müəyyənləşib

İdman Materials 16 Fevral 2020 01:05 (UTC +04:00)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku çərçivəsində sinxron cütlər arasında batut gimnastikası üzrə finalçılar müəyyənləşib
Bakıda sinxron cütlər arasında batut gimnastikası üzrə yarışlarda finalçılar müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku çərçivəsində sinxron cütlər arasında batut gimnastikası üzrə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, Dünya Kubokunun finalına qadınlar arasında Fransa, Ukrayna, Rusiya, Belarus, Avstraliya, Braziliya, ABŞ və İsveçdən olan sinxron cütlər çıxıb.

Kişilər arasında Belarus, Fransa, Yaponiya, Danimarka, Ukrayna, Kanada, Avstriya, Qazaxıstandan olan cütlər finala yüksəliblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti