...

"PSJ" Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Borussiya"nı məğlub edib

İdman Materials 12 Mart 2020 02:31 (UTC +04:00)
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Borussiya" (Dortmund) komandası 2:0 hesabı ilə Fransanın "PSJ" klubuna məğlub olub
"PSJ" Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Borussiya"nı məğlub edib

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Borussiya" (Dortmund) komandası 2:0 hesabı ilə Fransanın "PSJ" klubuna məğlub olub.

Trend-in məlumatına görə, ilk oyunda 2:1 hesabı ilə "Borussiya" qalib gəlib.

Qolları Neymar (28-ci dəqiqə) və Xuan Bernat (45) vurublar.

Görüş koronavirusun yayılması ilə əlaqədar boş tribunalarla keçirilib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın "Leypsiq"i və İtaliyanın "Atalanta"sı 1/4 finala yüksəliblər. Növbəti mərhələnin ilk oyunları aprelin 7 və 8-də, cavab görüşləri aprelin 14 və 15-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti