...

Azərbaycan-İsveçrə oyunu təxirə salındı

İdman Materials 13 Mart 2020 18:23 (UTC +04:00)
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə – Azərbaycan oyunu təxirə salınıb.
Azərbaycan-İsveçrə oyunu təxirə salındı

Bakı. Trend:

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə-Azərbaycan oyunu təxirə salınıb.

AFFA-dan Trend-ə bildirilib ki, bu qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.

Qeyd edək ki, İsveçrə-Azərbaycan oyunu martın 26-da keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti