...

Aleksandr Lakazett “Arsenal”dan getmək niyyətindədir

İdman Materials 16 Aprel 2020 15:36 (UTC +04:00)
Aleksandr Lakazett “Arsenal”dan getmək niyyətindədir

Bakı. Trend:

“Arsenal”ın hücumçusu Aleksandr Lakazett mövsümün sonunda klubdan getmək niyyətindədir.

Trend-in məlumatına görə, artıq klub rəhbərliyi fransalı futbolçunun komandadan ayrılmaq istəməsi barədə məlumatlıdır. Hazırda isə Lakazettlə “Atletiko” klubu maraqlanır. Madrid klubu Dieqo Kostanın gedişindən sonra məhz Aleksandrı öz heyətinə gətirmək istəyir.

Qeyd edək ki, Lakazett 2017-ci ildə də “Atletiko”ya keçməyə yaxınlaşmışdı. Amma FİFA kluba transfer qadağası qoyduğundan bu keçid baş tutmadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti