...

İspaniya Futbol Federasiyası mövsümü başa vurmağa razılaşıblar

İdman Materials 19 Aprel 2020 19:55 (UTC +04:00)
İspaniya Futbol Federasiyası mövsümü başa vurmağa razılaşıblar

Bakı. Trend:

İspaniya Futbol çempionatının əsas divizionunun (La Liqa), Kral İspaniya Futbol Federasiyasının (RFF) və Ali İdman Şurasının (CSD) rəhbərlikləri milli çempionatın qalan oyunlarını davam etdirmək barədə razılıq əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə yerli "Marca" nəşri xəbər verir.

İspaniya çempionatı hazırda koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb. Aprelin 18-də tərəflər səkkiz saatlıq danışıqlar apararaq çempionatın qalan oyunlarını keçirmək üçün prinsipial razılıq əldə ediblər.

Qeyd olunur ki, bu qərarın səbəblərindən biri iqtisadi aspektdir. İspaniyada futbol çempionatının keçirilməsindən əldə edilən gəlirlər ölkənin ÜDM-nin 1,37 faizini təşkil edir.

Xatırladaq ki, ölkə çempionatının liqa cədvəlində 27 turdan sonra "Barselona" 58 xalla liderdir. İkinci yeri "Real" (56 xal), üçüncü yeri "Sevilya" (47) tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti