...

Futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqi dərc olunub

İdman Materials 30 Aprel 2020 11:43 (UTC +04:00)
Populyar “FourFourTwo” idman jurnalı futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini dərc edib
Futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqi dərc olunub

Bakı. Trend:

Populyar “FourFourTwo” idman jurnalı futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini dərc edib.

Trend-in məlumatına görə, reytinqə şotlandiyalı məşqçi, karyerasının böyük hissəsini “Mançester Yunayted”ə rəhbərlik etmiş ser Aleks Fergüson rəhbərlik edir.

1986-cı ildən 2013-cü ilədək Mançester klubuna baş məşqçisi olmuş A.Fergüson 13 dəfə İngiltərə çempionluğunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

İlk onluğa, həmçinin niderlandlı Rinus Mixels və Yohan Kroyff, şotlandiyalı Bill Şenkli və Mett Basbi, ispaniyalı Xosep Qvardiola, italiyalı Arriqo Sakki, argentinalı Elenio Errera və avstriyalı Ernst Happel daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti