...

"Atletiko"nun futbolçusu həbs olundu

İdman Materials 4 İyun 2020 16:20 (UTC +04:00)
"Atletiko"nun futbolçusu həbs olundu

Bakı. Trend:

İspaniyanın “Atletiko” (Madrid) kubunun futbolçusu Dieqo Kosta vergidən yayınma ittihamı ilə 6 ay müddətinə həbs edilib.

Trend-in məlumatına görə, hücumçu həbs cəzası əvəzinə 36 min avro məbləğində cərimə ödəməyə razılıq verib.

Bundan başqa, 31 yaşlı Dieqo Kosta İspaniya xəzinəsinə 1,1 milyion avroluq borcunu ödəyib.

Qeyd edək ki, futbolçu 2014-cü ildə “Adidas” şirkəti ilə imzalanmış sponsorluq müqaviləsindən gəlirləri gizlətməkdə təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti