...

"Formula-1"in pilotu koronavirusa yoluxub

İdman Materials 31 İyul 2020 08:22 (UTC +04:00)
"Formula-1"in pilotu koronavirusa yoluxub

Bakı. Trend:

"Formula-1" yarışlarının "Reysinq Point" komandasının meksikalı pilotu Serxio Peres yeni növ koronavirusa yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, S.Peresin ilk koronavirus testinin nəticəsi şübhəli olduqdan sonra o, mətbuat konfransına gəlməyib.

Daha sonra meksikalı pilot bir daha koronavirus testindən keçib və testin nəticəsi müsbət olub.

Qeyd edilir ki, S.Peres 31 iyul - 2 avqust tarixlərində keçirilən Böyük Britaniya Qran Prisində iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti