...

Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

İdman Materials 1 Avqust 2020 20:42 (UTC +04:00)
Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

Bakı. Trend:

"Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, yarışı birinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Onun komanda yoldaşı finalandiyalı Valtteri Bottas ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotur Maks Ferstappen isə üçüncü yeri tutublar.

Qeyd edək ki, "Racing Point" komandasında koronavirusa yoluxan Serxio Peresi əvəz edən almaniyalı Niko Hülkenberq təsnifat mərhələsini 13-cü yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti